Gündəm / İdman

Qvardiola həmkarını Buddaya bənzətdi

 Qvardiola həmkarını Buddaya bənzətdi
 
 
 
 
 
 
 
 

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında XXVI turun "Vest Hem"lə oyunu öncəsi rəqib komandadakı həmkarı Devid Moyeslə bağlı fikirlərini bildirib.

"Goal" xəbər verir ki, ispaniyalı mütəxəssis onu Budda ilə müqayisə edib.

50 yaşlı mütəxəssis bildirib ki, Moyes və Roy Hocson kimi insanlardan xoşu gəlir: "Onların əla uzun karyeraları var. Mən də məşqçilik işinə bu cür həvəsimin olmasını istərdim. Moyes böyük təcrübəyə malikdir. Ən azı bir dəfə onun yerində olmağı arzu edirəm. O, həm yaxşı, həm də pis məqamlarda Budda kimi sakitdir".

Qeyd edək ki, "Mançester Siti" - "Vest Hem" matçı bu gün keçiriləcək.