Gündəm / Siyasət

Azərbaycan Prezidenti: “Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq” - YENİLƏNİB - VİDEO

Azərbaycan Prezidenti: “Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq” - YENİLƏNİB - VİDEO
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 
 

26 fevral saat 10.59

 

"Bu gün Xocalı soyqırımını 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq idi: "Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması. Eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması - bütün bunlar erməni faşizminin təzahürləridir.

Dövlət başçısı bildirib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır: "10-dan çox ölkə bu hadisəni rəsmən soyqırım kimi qəbul etmişdir, təsdiq etmişdir və bu proses davam etdirilir.

Azərbaycan dövləti və eyni zamanda bizim ölkəmizin ictimai təşkilatlar bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat var. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilib. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırıma məruz qalıb. Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Və təsadüfi deyil ki, Ermənistan rəhbərləri, hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibədə bu suala cavab verərkən qürur hissi ilə qeyd edirdilər ki, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib, ona görə ki, Azərbaycan xalqı görsün ki, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan Ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən, Xocalı qurbanlarının qanını da aldıq. Və bu gün Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Halbuki belə meyllər görünməkdədir. Bu gün Azərbaycan bölgədə öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli praktiki addımlar atır”.