kanal14.az
kanal14.az

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

Avropa Liqası: 1/8 finalın püşkü atıldı
26-02-2021, 16:31 79 dəfə baxılıb

Avropa Liqası: 1/8 finalın püşkü atıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

"Qarabağ"la A qrupunda mübarizə aparmış İspaniya "Vilyarreal"ı 1/8 finalda Ukraynanın "Dinamo" (Kiyev) klubuna rəqib olub. İngiltərənin "Mançester Yunayted" komandası isə bu mərhələdə İtaliya "Milan"ı ilə üz-üzə gələcək.

Avropa Liqası

1/8 final mərhələsinin cütlükləri

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)

"Dinamo" Kiyev (Ukrayna) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)

"Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)

"Qranada" (İspaniya) - "Molde" (Norveç)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA