Gündəm / Siyasət

Paşinyan kürsüsünü qorumağı bacaracaq? - Arestoviç

 Paşinyan kürsüsünü qorumağı bacaracaq? - Arestoviç
 
 
 
 
 

 

 
Ermənistanda Baş nazir Nikol Paşinyanla Baş Qərargah arasındakı qarşıdurma fonunda yeni inqilab sarsıntısı başlayır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Üçtərəfli Kontakt Qrupundakı rəsmi nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Ermənistandakı köhnə kremlyönlü elita Qarabağ müharibəsindəki məğlubiyyətin fonunda hakimiyyəti qaytarmaq istəyir.

"Paşinyan Ermənistanda kremlyönlü klanı tam məğlub edə bilməyib və indi onun problemləri yarana bilər. Dövlət daxilindəki iki qüvvə arasında yeni mübarizə mərhələsi başlayır. Amma buna baxmayaraq, Paşinyan və komandası baş nazir kürsüsünü saxlamağı bacaracaq”, - Arestoviç bildirib.