Gündəm / Sosial

Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB - "Sənə hardan iş tapaq?"

 Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB - "Sənə hardan iş tapaq?"
 
 
 
 
 
 
 
 
62 yaşlı Maisə Quliyeva tənha xanımdır. Mingəçevirdə yataqxanada yaşayan və kimsəsi olmayan Maisə Quliyeva acınacaqlı şəraitdə məskunlaşsa da, əsas dərdinin bu olmadığını deyir. Onun giley-güzarı təkcə sığındığı yataqxanadakı şəraitsizlikdən deyil, həm də işsizlikdəndir:

"Nə ünvanlı sosial yardım, nə pensiya ala bilirəm, nə başqa bir yerdən gəlirim var, iş üçün də hansı qapını döyürəmsə, deyirlər, 62 yaşın var, əl-ayağını uzat, öl… Bu yaşda insanlara heş yerdə iş yoxdur.

Gedirəm Məşğulluq Mərkəzinə, deyir: "Heç cavan yaşda adamlara iş yoxdur, sənə hardan iş tapaq?” Gedirəm hansısa kafenin, restoranın qapısını döyürəm, xahiş edirəm ki, məni qabyuyan kimi işə götürsünlər, deyirlər: "Bizə cavan işçi lazımdır, bura qocalar evi deyil…””

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az