Gündəm / İqtisadiyyat

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Lənkəranda 613 ağac əkilib - FOTO


Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” Beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Xocalı Soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 Xocalı şəhidlərinin xatirəsinin yad edilməsindən ötrü Lənkəranda ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, Hüquq mühafizə orqanlarının əməkdaşlarının, YAP Lənkəran Təşkilatının fəallarının, idarə və təşkilatların kollektivlərinin, könüllülərin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində 613 ədəd sərv və küknar ağacları əkilib. Karantin qaydaları gözlənilməklə əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. //dia.az