Gündəm / Siyasət

Bu il Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək

Bu il Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Türk Şurası çərçivəsində əməkdaşlığı daha geniş perspektivdə inkişaf etdirmək əsas hədəfdir.

 

Yavuz Selim Kıran Türk Şurasında müşahidəçi statusu əldə etmək istəyən ölkələrin sayında artım olduğunu da vurğulayıb