kanal14.az
kanal14.az

Deputat: “Bu ailələrə qaz limiti tətbiq edilməməlidir”

Deputat: “Bu ailələrə qaz limiti tətbiq edilməməlidir”
23-02-2021, 12:31 64 dəfə baxılıb

Deputat:


Milli Məclisin deputatı Azər Badamov parlamentin iclasında dağlıq sahələrdə yaşayan əhali üçün qaz limiti tətbiq edilməsi məsələsini qaldırıb.

Deputat qeyd edib ki, dağlıq rayonlarda ilin 7 ayı hava soyuq və şaxtalı keçir: "Burada evlərin isidilməsi daha uzun müddət tələb edir. Hava soyuq olduğundan daha çox yanacaq yandırılır. Onlar ilin yarısını bu çətinliklə yaşayır.

Ancaq güzəştli qaz limiti bu dağlıq kəndlərə şamil edilmir. Qaz olduğu halda digər alternativ yol axtarırlar. "Azəriqaz”ın məlumatına görə, ölkə əhalisinin 15 faizi qaz limitini aşır. Dağlıq sahədə yaşayanlar da 10 faiz təşkil edir. Bu təbəqədən olan insanlara limit tətbiq edilməməsini Tarif Şurasından xahiş edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA