kanal14.az
kanal14.az

 «Körpü-Bina-Tikinti» MMC şefinin KİTABI BAĞLANIR? - GƏLİŞMƏ

 «Körpü-Bina-Tikinti» MMC şefinin KİTABI BAĞLANIR? - GƏLİŞMƏ
23-02-2021, 09:30 74 dəfə baxılıb

  «Körpü-Bina-Tikinti» MMC şefinin KİTABI BAĞLANIR? - GƏLİŞMƏ
 
 
 
 
 
 
 

Xatırladaq ki, bir müddət bundan əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli iş adamı – ‘Körpü-Bina Tikinti” MMC-nin sahibi – Xəlil Göyüşovun Almaniyadakı biznesindən yazmışdı:
"Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı. Hər iki otel Xəlil Göyüşov adlı iş adamına məxsusdur. O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən ‘Körpü-Bina Tikinti” MMC-yə rəhbərlik edir. Adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib. 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir. Deyə bilərsiniz ki, işadamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarılmasıdır. Hər halda ağla gələn variant keçmiş MTN rəhbərliyinin rolu ilə bağlıdır”.
Qeyd edək ki, ölkənin tikinti sektorunda əsas pay sahiblərindən biri olan «Körpü-Bina-Tikinti» (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) neqativ hallar bitib-tükənmək bilmir. Bu şirkət 2001-ci ildə yaradılıb. Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərinin həyata keçirilməsi ilə məşğul olan cəmiyyət demək olar ki, görülən işlərin tamamını öz əlinə keçirib.Yəni bu gün şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini məhz bu şirkət aparıb. Bu isə o deməkdir ki, şirkət rəhbərinin arxasında hansısa vəzifəli şəxslərdən biri dayanıb. Əks halda MMC bu qədər layihənin icraçısına çevrilə bilməzdi. Müəssisənin tərkibində beton zavodları, qum, çınqıl istehsal edən karxanalar da fəaliyyət göstərir.
Biz vaxtilə «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc etmişdik. Qeyd etmişdik ki, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib. Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxıb.
Redaksiyamıza yeni daxil olan məlumatlara görə Sulutəpə qəsəbəsi yaxınlığında inşa edilən yol qovşağının tikintisi zamanı da külli miqdarda vəsaitin mənimsənilməsinə yol verilib. Belə ki, tikintisi davam edən həmin qovşaqdan da Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdədir. Bildirilir ki, bu mənimsəmə halları "Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun karyerasının sonunu gətirə bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
//gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA