kanal14.az
kanal14.az

Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər - AÇIQLAMA

Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər - AÇIQLAMA
22-02-2021, 16:01 47 dəfə baxılıb

 Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər - AÇIQLAMA
 
 
 
 
 
 
 
 
"Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”.

"Report”un xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Real TV”yə müsahibəsində deyib.

"Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və "Media haqqında” yeni qanun layihəsiniun hazırlanması prosesində bunu müzakirə edəcəyik”,- o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA