kanal14.az
kanal14.az

"Mərkəzi Bank bu sahəni inkişaf etdirmək əvəzinə bina təzələyir" - İTTİHAM

22-02-2021, 10:30 32 dəfə baxılıb

"Mərkəzi Bank bu sahəni inkişaf etdirmək əvəzinə bina təzələyir" - İTTİHAM
 
 
 
 
 
 
 
Azərbaycan elektron ticarət üzrə ötən illə müqayisədə 2 pillə geriləyib.
KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu elektron ticarət sahəsində Azərbaycanın geriləməsinin səbəblərinə aydınlıq gətirib.
Onun sözlərinə görə, elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdur:
"BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) son hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-ci olub, ölkəmiz bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib. UNCTAD reytinqin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazaların sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti, bağlamaların çatdırılma vaxtı kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb. Elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır.
Reytinq cədvəlində Belarus 35-ci, Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü yerdədir.



Digər beynəlxalq hesabatda internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub. Ötən il bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib. Maraqlıdır ki, Belarus da eyni problem üzrə 336 milyon dollar ziyana düşməsinə baxmayaraq, elektron ticarət reytinqində MDB-də üstünlüyünü mobil ödəniş sistemləri, bank və poçt xidmətinin keyfiyyəti və sürəti hesabına saxlaya bilib. Azərbaycanda isə Mərkəzi Bank bu sahəni inkişaf etdirmək və ölkəni rəqəmsal iqtisadiyyat üçün vacib olan elektron ticarətin inkişafı sahəsində önə çıxarmaq əvəzinə inzibati binasını təzələmək fikrinə düşüb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA