kanal14.az
kanal14.az

"Australian Open": Yaponiyalı tennisçi qalib oldu

20-02-2021, 16:00 47 dəfə baxılıb

Australian Open: Yaponiyalı tennisçi qalib oldu

Tennis üzrə qadınlar arasında "Australian Open" turnirinin qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, finalda yaponiyalı Naomi Osaka ABŞ təmsilçisi Cennifer Breydi ilə üz-üzə gəlib.

Qarşılaşma yaponiyalı idmançının 2:0 (6:4, 6:2) hesablı qələbəsi ilə yekunlaşıb. Görüş 1 saat 18 dəqiqə davam edib.

Beləliklə, Naomi Osaka karyerasında 4-cü dəfə "Australian Open"də çempion olub.

Qeyd edək ki, kişilər arasında final oyunu fevralın 21-də gerçəkləşəcək. Serbiyalı Novak Cokoviç rusiyalı Daniil Medvedevlə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA