kanal14.az
kanal14.az

“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib

“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib
20-02-2021, 12:00 52 dəfə baxılıb

“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib
 
 
 
 
 
 
 
 
 
 

"Microsoft” şirkəti "Office” proqram təminatının iki versiyasını (Office 2021 və biznes üçün Office LTSC) rəsmi olaraq təqdim edib. "Windows” və "macOS” əməliyyat sistemləri üçün yeni proqram təminatı bu il əlçatan olacaq. Yeniliyin vacib xüsusiyyəti abunənin olmamasıdır.

 

"Microsoft” şirkəti "Office 2021” proqram təminatında reallaşdırılmış funksiya və dəyişiklikləri tamamilə açıqlamayıb, amma "Office LTSC” versiyasının qara rejim, dinamik massivlər və digər yeniliklərə malik olacağı məlumdur. "Office 2021”, həmçinin analoji funksiyalarla təchiz ediləcək. Lakin istifadəçi interfeysində ciddi dəyişikliklər gözləmək lazım deyil.

 

İndi "Office LTSC” versiyası 7 il əvəzinə, 5 il dəstəklənəcək. "Office Professional Plus” və "Office Standard”ın qiyməti 10% artacaq. "Office 2021” versiyasının qiyməti əvvəlki kimi saxlanılacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA