kanal14.az
kanal14.az

Millimizin məşqçisi: "Azərbaycanda futbol daim inkişaf edir"

Millimizin məşqçisi:
20-02-2021, 09:36 58 dəfə baxılıb

Millimizin məşqçisi: "Azərbaycanda futbol daim inkişaf edir"
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

"Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. Bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq".

Bu fikirləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Klaudio Beluççi "Cittaceleste" nəşrinə müsahibəsində deyib.

Baş məşqçi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis bildirib ki, məqsədləri həmişə inkişaf etməkdir: "DÇ-2022-nin seçmə mərhələsindəki qrupumuz çox çətindir. Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" Çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk görüşünü martın 24-də Portuqaliyaya qarşı keçirəcək. Martın 30-da Serbiyanı qəbul edəcək yığma 27-də Avstriyada Qətərlə üz-üzə gələcək. Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA