Gündəm / Siyasət

Ermənistan XİN hələ də DƏHLİZ MƏSƏLƏSİNİ DANIR...

Ermənistan XİN hələ də DƏHLİZ MƏSƏLƏSİNİ DANIR...
 
 
 
 
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Armenpress xəbər agentliyinin sualına cavab verib.

Agentlik müxbirinin sualında deyilirdi:

"Azərbaycan prezidenti İlham Əliyev deyib ki, 10 noyabr birgə bəyanatında Naxçıvan dəhlizinin yaradılmasına dair xüsusi müddəa var. Bu bəyanatı necə şərh edərdiniz?”

Ermənistan XİN-in sözçüsü sualın cavabında deyib:

"9 noyabr birgə bəyanatının 9-cu bəndində "Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” nəzərdə tutulub və Ermənistan tərəfi də regionda stabillik və əməkdaşlıq perspektivləri naminə bu mövqeyə tərəfdardır. Sözü gedən bənddə hər hansı dəhlizin yaradılması nəzərdə tutulmayıb. Ermənistan ərazisindən keçən hər hansı yol və ya kommunikasiya müstəsna olaraq Ermənistanın yurisdiksiyası və suverenliyi altındadır”./ Dia.az