Gündəm / Sosial

Sumqayıtda zirzəmidə kişi meyiti tapılıb

Sumqayıtda zirzəmidə kişi meyiti tapılıb
Sumqayıtda kişi meyiti tapılıb.

"Report”un xəbərinə görə, Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yerləşən binalardan birinin zirzəmisində şəhər sakini, 35 yaşlı Fikrət Feyzullayevin meyiti aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

F.Feyzullayev əvvəllər həbsdə yatıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.