Gündəm / Dünya

"Heç vaxt, heç kim erməniləri bu qədər sındırmamışdır" - Qabanyan


Yaxın zamanlarda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanata qol çəkəcək. Bütün gizli şeylərə gec-tez aydınlıq gətiriləcək.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi icmalçı Ambarsum Qabanyan yazıb.

"Heç vaxt, heç kim erməniləri bu qədər sındırmamışdır. Bizi çox pis qırılıblar. Biz hazırda fəlakət içindəyik. Ən pisi isə odur ki, sabahın daha da qorxulu ola biləcəyini anlayırıq. İndi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı müzakirə olunur. Beləliklə, Bakı və Moskva Qarabağ məsələsini birdəfəlik bağlayacaqlar”, - deyə erməni ekspert vurğulayıb.