Gündəm / Sosial

Məcburi köçkünlərin statusu ilə bağli AÇIQLAMA

Məcburi köçkünlərin statusu ilə bağli AÇIQLAMAİşğaldan azad edilmiş ərazilərdəki öz dədə-baba yurdlarına qayıdana qədər məcburi köçkünlərin statusu qüvvədə qalacaq.

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

O bildirib ki, məcburi köçkünlərin statusu hələlik ləğv edilməyib.

"Onların övladlarının təhsil haqqından azad edilməsi də hələ qüvvədədir. Bu imtiyazlar onlar öz dədə-baba yurdlarına qayıdana qədər davam edəcək", - deyə M.Quliyev əlavə edib.