Gündəm / Şou

“Bunu Mətanət xanımın övladı edibsə, söz tapa bilmirəm”


Müğənnilər əməkdar Artist Mətanət İsgəndərlinin nəvəsinə oğlu tərəfindən göstərilən şiddəti qınayıb.

Open.az xəbər verir ki, Rəqsanə İsmayılova aidiyyəti qurumun şiddət göstərən şəxsi cəzalandırmalı olduğunu vurğulayıb:

"Dəhşət, ürəyim parçalandı. Bunu Mətanət xanımın övladı edibsə, söz tapa bilmirəm, göz yaşlarımı saxlaya bilmədim. Bu körpənin günahı nədir? Necə əli gəlib bu uşağa qıyıb? Allahım, bu insanlara nə olub, niyə körpələrə işgəncə verirlər? Allahdan qorxmurlarmı? Aidiyyəti qurumlar bunu edənin cəzasını mütləq verməlidir. Kim olursa, olsun, fərq etmir. Can bala!”.

Pişik Günel ləqəbi ilə məşhurlaşan Günel Ələkbərova isə yazıb ki, bu körpəni bu günə qoyan alçaq kimdirsə, dövlət qurumları tərəfindən araşdırılsın və təcili lazımi cəzasını alsın. Əsəblərim pozuldu, kim edibsə, əlləri qurusun.