Gündəm / Sosial

Azərbaycanda yeni BOKT yaradıldı

Azərbaycanda yeni BOKT yaradıldı
Sumqayıt şəhərində yeni bank olmayan kredit təşkilatı təsis edilib.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən yenicə dövlət qeydiyyatına alınan "FNC Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
"FNC BOKT” MMC-nin minimal tələbə uyğun olaraq 300 min manat nizamnamə kapitalı ilə AZ5007, Sumqayıt şəhəri, 6 mkr, Ev 35l, Gənclik küçəsi, m. 2 ünvanında dövlət qeydiyyatına alınıb.

BOKT-un direktoru Cavid Əzizov Vaqif oğludur.