Gündəm / Sosial

Ziya Məmmədov istintaqa çağırılmasından DANIŞDI - "Kim yayıb o məlumatı?"

Ziya Məmmədov istintaqa çağırılmasından DANIŞDI
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"MediaPost"a açıqlama verən sabiq nazir bildirib ki, barəsində yayılan bu cür məlumatlar yalandır: "Kim yayıb o məlumatı? Yalandır. Mən evimdəyəm. Belə məlumatlara inanmayın".

Qeyd edək ki, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun həbsindən sonra "AzPolitika.info"nun verdiyi məlumata görə, aparılan həbslər bu sıraya daxil olan oliqarxlardan da yan keçməyəcək. Mənbə bildirib ki, artıq keçmiş nəqliyyat naziri Ziya Məmmədov istintaqa dəvət edilib. Ölkənin ən varlı oliqarxlarından biri olmuş Məmmədov 2013-cü ildə postunu itirib, onun uzun illər rəhbərlik etdiyi sahədə yol verilmiş korrupsiya əməlləri ilə bağlı araşdırmalar yenilənib.