Gündəm / Şou

“Kişi xəyanət edirsə, bunu xanımına bildirməsin” - Xalq artisti


"Xəyanəti heç vaxt bağışlamaram. İlk dəfə mənə xəyanət ediblər. Xəbərim olub, bağışlamamışam. Bu məsələni hamı bilir. Qürur başqadır, sədaqətsizlik, xəyanət başqadır. İnam itir. Ümumiyyətlə kişi qadına xəyanət edirsə, bildirməsin. Əgər bunu bacarırsa ... Bu ortaya çıxırsa, xanımı haqsız çıxarırsa, haradadır ədalət?!”

Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla” proqramında qonaq olarkən bildirib.

Məşhur müğənni "33 sual” rubrikasında şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Sənətçi hazırda sevgilisinin olmadığını qeyd edib. Bundan əlavə, A. Kazımova uzun illər əvvəl həyat yoldaşından ayrılsa da, boşanmadığını bildirib. O, şəxsiyyət vəsiqəsində hələ də "evli” yazıldığını deyib.

Xalq artisti kişilərin sevgi etirafından qorxduğunu da qeyd edib: "Məni xanımlar daha çox sevir. Mesaj yazırlar ki, siz bizə stimul verirsiz. Deyirlər ki, sizi görəndə yaşamaq istəyirik. Kişilər də məni çox sevir. Amma etiraf etməyə qorxurlar. Nə zəmanəyə gəldik ki, kişilər etiraf etməyə qorxurlar. Mən kişi olsaydım, qadını sevsəydim, etiraf edərdim. Sevib daxilində saxlamaq necə ola bilər? Səhnədə başqayam, sevgidə başqa. Məni səhv anlayırsız. Sevgidə quzu kimiyəm. Səhnədə şah, padişah, sahibkaram. Amma gecə həyatını sevmirəm, əyləncələrdə olmuram. Bunların hamısı səhnədə baş verir”.