kanal14.az
kanal14.az

Dünyanın başındakı sirli “tac”: - Çözülməyən 5 müəmma

Dünyanın başındakı sirli “tac”: - Çözülməyən 5 müəmma
30-01-2021, 15:58 120 dəfə baxılıb

Dünyanın başındakı sirli
COVID-19-un dünyada yayılması və pandemiya elan edilməsindən bir ildən artıq keçsə də, "taclı virus"un sirlərini açmaq hələ də mümkün olmayıb.

Cebhe.info xəbər verir ki, COVİD-in sirrini aça bilməyən ölkələr, mütəxəssislər əsas diqqəti ondan qorunmaq yollarına yönəldib.

İsveçrədə dərc olunan "Le Temps " qəzeti yazır ki, indiyə qədər epidemiyanın necə başlaması məlum deyil. Təxmin olunur ki, virus Çində yarasalar tərəfindən yayılıb. Ancaq o. insanları yoluxdurmazdan əvvəl başqa formaya keçməli idi. İndiyə qədər də bunu aşkar etmək mümkün olmayıb. Virusun genləri ilə bağlı müəmma davam etdiyindən, COVİD-in mənşəyi hələ də naməlumdur.

Virusun beynin məhsulu olması, ehtiyasızlıq və ya təsadüf səbəbindən laboratoriyadan yayıldığı versiyası da var. Ancaq bu versiya da təsdiqini rəsmən tapmayıb. Hətta görünən odur ki, bu versiyanı araşdırmaq istəyənlər də yoxdur.

Digər müəmma virusun ötürülməsidir. Bu prosesin də necə baş verdiyi indiyə qədər sirr olaraq qalır. Onun insan orqanizmində, səthlərdə nə qədər qaldığına dair araşdırmalar var, həmçinin ölüm riski barədə də müətəxəssislərin ortaq fikri mövcuddur. Ancaq hələ də məlum deyil ki, virus konkret olaraq insana necə ötürülür.

Başqa bir müəmma COVİD-i hansı dərmanla müalicə olunmasıdır. Tibb elmi bu sahədə də bacarıqlı çıxmadı, "taclı" virusu müalicə etmək üçün başqa virusların dərmanlarından istifadə olunur.

Müəmmalar sırasında uşaqlarla bağlı durum da var. Uşaqlar daşıyıcı hesab olunsalar da, xəstəliyin onlar üçün o qədər də təhlükəli olmadığı qənaəti var. Ancaq səbəbin nə olduğu naməlumdur.

Cavabsız qalan daha bir sual isə təkcə alimləri yox, bütün dünyanı düşündürür-pandemiya nə zaman bitəcək? Bu suala cavab tapmaq digərlərindən daha da çətindir. İndiyədək heç kəs bu suala cavab vermək cəsarətində olmayıb, təxminlər var, ancaq özlərini doğrultmayan təxminlər daha çoxdur.

Sonda onu xatırladaq ki, dünyada artıq 102 milyon nəfər koronavirusa yoluxub, 2,2 milyon nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA