kanal14.az
kanal14.az

Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabısıdır? - ETİRAZ

Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabısıdır? - ETİRAZ
30-01-2021, 11:52 127 dəfə baxılıb

Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabısıdır?
Azərbaycan Mərkəzi Bankı (AMB) öz vəsaiti hesabına yeni inzibati bina tikəcək. Belə bir bəyanatla cümə günü AMB İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış edib.

Onun sözlərinə görə, AMB Dövlət büdcəsindən vəsait cəlb etmək niyyətində deyil. "Yeni binanın tikintisi 4-5 il çəkəcək və yalnız bankın öz vəsaiti hesabına həyata keçiriləcək", - E.Rüstəmov onlayn mətbuat konfransında bildirib. Bununla o,AMB üçün son dərəcə bahalı yeni binanın tikilməsilə bağlı tənqidlərə cavab verib. E.Rüstəmovun sözlərinə görə, AMB özü vəsait qazanır və dəbdəbəli binanı özünə rəva görə bilər.

E.Rüstəmovun bu mövqeyi ekspert cameəsində kəskin tənqidə səbəb olub.

"AMB-nin vəsaitləri dövlət büdcəsi və Neft Fondunun resursları kimi dövlətin puludur. AMB kommersiya strukturu, hətta təsərrüfat fəaliyyəti ilə məşğul olan dövlət müəssisəsi deyil ki, öz vəsaiti hesabına özünə bina tiksin.

AMB bank sisteminin dövlət tənzimləyicisidir və onun gəlirləri bu səlahiyyətlərdən istifadə etməkdən gəlir. Lakin Rüstəmov elə mülahizə yürüdür ki, sanki Mərkəzi Bankın pulu onun şəxsi vəsaitidir və ondan istədiyi kimi istifadə edə bilər", - REAL Partiyasının Siyasi Şurasının üzvü, iqtisadçı Natiq Cəfərli agentliyə bildirib.

AMB yüz milyonlarla manat dəyərində layihə barədə müstəqil qərar qəbul edə bilməz, bu layihənin özü, ümumiyyətlə, şübhə doğurur.

Bundan öncə Türkiyənin Tekfen Holdinqi "Tekfen Construction" törəmə müəssisəsi vasitəsilə elan edib ki, Azərbaycan Mərkəzi Bankının inzibati binasının tikintisi üçün 218 milyon avro (440 mln. manata yaxın) məbləğində müqavilə imzalanıb. (Turan)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA