Gündəm / Sosial

“Baku Steel Company”də işləmiş deputatdan həbsə reaksiya: - “Kimisə dələduz elan etmək üçün 20 il gözləmək lazımdır?”


""Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov həbs edilib. Dələduzluq, mənimsəmə və külli miqdarda ziyan vurmaqda ittiham edilir. Bu şirkətin ilk yaranışından orada işləmişəm. Rasim Məmmədov məndən sonra olub. Nə yaxından görmüşəm, nə də uzaqdan. Onun haqqında ancaq mənfi yazılar oxumuşam, az qala mənə haqqında qorxulu nağıllar belə danışıblar".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.



R.Nurullayev onu düşündürən məsələlərə diqqət çəkib:

"Nə oldu, bu adamın dələduz olduğu indi aşkara çıxdı? Qəbul etmədiyim yanaşmadır. Bu şəkildə bizneslər çökür, pullar dağıdılır və sağlam biznesə inam azalır. Belə çıxır ki, Ramiz Mehdiyev AMEA-dan da getsə, ona bağlı hər kəsi ya içəri atacaqlar, ya da əlindən hər şeyini alacaqlar. İndi bunu görən digər vəzifə sahibləri nə düşünür? Bu yanaşma və bu şəkildə qurulan siyasət ölkəni zəiflədir, çökdürür və sərmayəçiləri qaçırır. Çünki çoxları harasa bağlıdır. Hər biznesin arxasında əllər var. Belə çıxır ki, kimisə dələduz elan etmək üçün 20 il gözləmək lazımdır? Guya indiyə kimi görmürdününüz, indi ayıldınız? Həbs olunanlar da qısa zamanda çıxırlar. Amma onların "qazandıqları" pulun çoxu yenə də kimlərinsə cibinə gedir. Büdcəyə xırda hissəsi keçirilir. Hər otaqda, idarədə soğan kimi soyulacaq. Ölkəmi normal görmək istəyirəm. Ürəyim yanır deyə fikir bildirirəm. Amma hər şey ləng gedir. Belə olmaz”.