Gündəm / Sosial

Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb - GİLEY

Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb
Kürdəmir rayon Sorsor kənd sakini Humay Ədilova Gözətçi saytına şikayətində bildirir ki, əlillik pensiyası ötən ilin dekabr ayından səbəb göstərilmədən dayandırılıb. "Mənə əlillik statusu yüksək dərəcədə əsəbililik və anadan gəlmə barmaq çatışmazlığına görə verilib. Sol əlimdə dörd barmaq var, həmin barmaqların ikisi inkişaf etməyib balaca qalıb. Sağ əlimdə isə beş barmaq olmağına baxmayaraq, onun üçün də inkişafdan qalıb.”

DİA.AZ bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Humay Ədilovu 2011-ci ildə 2-ci qrup əlil kimi qeydə alıb və ona aylıq olaraq 130 manat əlillik pensiyası təyin olunub. 2015-ci ildə isə həmin pensiyanın birdəfəlik verilməsi təmin edilib. H. Ədilova qeyd edir ki, ötən ilin dekabrında pensiyası kəsildikdən sonra sözügedən nazirliyin 142 Çağrı Mərkəzinə zəng edib şikayətini bildirib. Çağrı Mərkəzindən ona ƏƏSMN-ə məktub yazmaq tövsiyə olunub.

Şikayətçi deyir ki, ona deyilən ünvana şikayət göndərsə də, nazirlikdən onun məktubuna cavab verilməyib. Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə ƏƏSMN ilə əlaqə saxladıq. Bildirildi ki, onun sənədləri arxivdən alınaraq yenidən baxılacaq, məsələ araşdırılaraq həll ediləcək.