Gündəm / Hadisə

Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb

Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb
Gəncədə yeniyetmə qız bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini, 2006-cı il təvəllüdlü N.M bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 15 yaşlı qız bıçaqla özünə xəsarət yetirib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi isə hələlik məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib.