Gündəm / Hadisə

Bakıda sex yanğın olub: xəsarət alan var

Bakıda sex yanğın olub: xəsarət alan var 

 

 

 

 

 

 

 

 

 

 Bakıda polietilen sexində yanğın hadisəsi baş verib.

KANAL14.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə payraxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.  Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.