Gündəm / Sosial

Ramiz Mehdiyevin zibil daşıyan şirkəti nə qədər vəsait “yeyir”

Ramiz Mehdiyevin zibil daşıyan şirkəti
Azərbaycan Milli Elmlər Akademiyası "KASCO Vaste Servis Az-F.” MMC ilə müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 19 981.32 AZN təşkil edən müqaviləyə əsasən şirkət akademiyanın məişət tullantılarının daşınmasını həyata keçirəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "KASCO Vaste Servis Az-F.” MMC 15 sentyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 3, mənzil 22 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Azad Vidadi oğludur.

Açıq mənbələrdə şirkət və onun sahibi barədə hər hansı məlumat yoxdur. 9 ildir fəaliyyət göstərən MMC barədə informasiya qıtlığı bir qədər şübhəli görünür. Bu tip şirkətlərdən adətən şübhəli tender əməliyyatlarında istifadə edilir.

Araşdırmalarımız zamanı aydın olub ki, AMEA ötən ildə "KASCO Vaste Servis Az-F.” MMC ilə müqavilə imzalayıb. Yəni, ötən ilin sentyabr ayında AMEA tərəfindən məişət tullantılarının daşınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi də "KASCO Vaste Servis Az-F.” MMC olub. Akademiya 24 oktyabr-31 dekabr 2020-ci il tarixləri arasında məişət tullantılarının daşınması üçün şirkətə 11 655.77 AZN ödəyib.


Ümumilikdə isə 2020-ci ildə akademiyanın məişət tullantılarının daşınması üçün "KASCO Vaste Servis Az-F.” MMC ilə 1,1 milyon manatlıq müqavilə imzalanıb.

Ramiz Mehdiyevin zibil daşıyan şirkəti