Gündəm / Sosial

İsmayıllı Rayon İcra Hakimiyyətinin sektor müdiri işdən çıxıb - öz ərizəsi ilə

İsmayıllı Rayon İcra Hakimiyyətinin sektor müdiri işdən çıxıb
İsmayıllı Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlov işdən çıxıb.

"Report”un əldə etdiyi məlumata görə, o, yanvarın 11-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Hələlik həmin vəzifəyə təyinat yoxdur.