Gündəm / Cəmiyyət

Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi - VİDEO

Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli həbs olunandan sonra nəzərlər yenidən, Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənova dikilib. Günlərdir sosial medianın əsas mövzusu Əli Həsənovla bağlıdır. Demək olar ki, əksəriyyət onun haqqında tənqidi fikirlərini yazır. Yazanlar arasında hətta bir zamanlar Əli Həsənova və onun komandasına yaxınlığı ilə tanınanlar da var.
Barəsində yazılanlara, yazanlara qarşı Əli Həsənov artıq özü şəxsən hücuma keçib. Əgər indiyə qədər Əli Həsənov onun haqqında tənqid yazılanlara öz əlaltıları vasitəsilə və ya "Facebook" səhifəsində cavab verirdisə, indi statuslarda şərh yazaraq münasibət bildirir.

Dominant.az xəbər verir ki, Əli Həsənov jurnalist Jalə Mütəllimovanın onun haqqında yazdığı yazıya, "Jalə Mütəllimova-Seyidli bu yazdıqlarına və mənə, ailəmə atdığın böhtanlara görə heç Allahdan qorxmursanmı?!" - cavabını verib. Bununla da polemika böyüyüb.

Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi

Prezidentin sabiq köməkçisi, "Əli Həsənovun sayəsində "adam" olanlar, bu gün onu söyür! Vicdanıma and olsun ki, belələrinə görə xəcalət çəkirəm...İlahi! Nə qədər şərəfsiz olmalısan ki, dünən yaltaqlıq etdiyini bu gün söyməyi bacarasan! Ali Hasanov, əlinizdə nə qədər vatsap yazışması varsa, Rumiyye Miraslana, Dunya Aliyeva ya, mənə və digər jurnalistlərə yollayın, ictimailəşdirmək üçün! PS.Həmişə yüksək çinli məmurları vəzifə başında tənqid etmişəm!" - deyə ona müraciət edən jurnalist Aygün Paşayevaya isə video vasitəsilə cavab verib.

Əli Həsənov onu tənqid edənlərə Heydər Əliyevin sözləri ilə cavab verdi

Əli Həsənovun paylaşdığı sözügedən video mərhum Prezindet Heydər Əliyevin xəyanət və xəyanətkarlarla bağlı tarixi çıxışından ibarətdir: