Gündəm / Cəmiyyət / Sosial

İqbal Məmmədov MÜFLİS OLUB? - FOTO

İqbal Məmmədov MÜFLİS OLUB? - FOTO
 
 
 
 
 
 
 "Azqazservis" MMC ləğv olunduğunu elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95 ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, "Azqazservis” MMC 15.12.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov İqbal Nəriman oğludur.
"Azqazservis” MMC təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilib. MMC təsis olunduqdan cəmi bir ay sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən tərəflər Bakı şəhəri və Abşeron rayonu üzrə mövcüd abonentlərə təbii qazın təminatı istiqamətində xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, yığım göstəricilərinin yuksəldilməsi və qaz itkisinin qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndiriləcəyini bildiriblər.
Qeyd edək ki, "Azqazservis” MMC-nin qanuni təmsilçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. İqbal Məmmədov 2010 və 2015-ci il illərdə keçirilən seçkilərdə də millət vəkili seçilib.
"Kaspi Yıldız” və "Relax” şirkətlər qrupunun (Qanuni təmsilçi millət vəkilinin oğludur) sahibi olan İqbal Məmmədov iş adamı kimi tanınır.
İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.
Təxminən 2 il əvvəl mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var: "Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım. Rövnəq müəllim, kartofu qazana lay-lay qoyurdu, üstünə balıq, üstünə pomidor, onun da üstünə soğan qoyub bişirirdi. O qədər dadlı olurdu ki! Hər kəsə Rövnəq Abdullayev kimi dostun qismət olmasını arzulayıram.
Deputat həmçinin bildirib ki, demək olar hər gün R.Abdullayevlə görüşür: "Azərbaycanda olanda hər gün görüşürük. Hər gün səhər tezdən 7-nin yarısında onunla fitnes salonunda idman edirik. Digər dostlarımız da ora gəlir…”
Onu da bildirək ki, 2019-cu ilin avqust ayında millət vəkili İqbal Məmmədova məxsus Lerik rayonunda fəaliyyət göpstərən "Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri "Relax”ın işçiləri tərəfindən döyülüb.
Xatıradaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə görə deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.
Həmçinin qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı olub.
İqbal Məmmədov MÜFLİS OLUB? - FOTO
İqbal Məmmədov MÜFLİS OLUB? - FOTO