kanal14.az
kanal14.az

“Tofiq Bəhramovun heykəli səhvən ağardılıb”

“Tofiq Bəhramovun heykəli səhvən ağardılıb”
13-01-2021, 15:03 44 dəfə baxılıb


"Şəkilləri Tofiq Bəhramovun nəvəsi yayıb. Uzağı iki günə Tofiq Bəhramovun heykəlinin rəngini bərpa edəcəyik. Sözün düzü, bu iş məndən xəbərsiz görülüb”.

Bunu Oxu.Az-a Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev deyib.

O, dünən mətbuatda yayılan şəklə münasibət bildirib. Şəkildə Tofiq Bəhramovun heykəlinin ağardıldığı görünür.

"İnzibati binamızın yanında Gənclər və İdman Nazirliyinə məxsus Reabilitasiya Mərkəzi (Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitunu nəzərdə tutur – S.M.) var. Orda təmir işləri gedirdi. Hazırda təmir işləri yekunlaşmaq üzrədir. Bu təmir işləri vaxtı heykəl də rənglənib.

Nəvəsinə də demişəm ki, rəngi xoşuna gəlmirsə, dəyişəcəyik. Əsas odur ki, heykəlin ətrafı baxımsız deyil, ordakı güllərə daim qulluq olunur. Nazirlik qarşısında da məsələ qaldırmışam ki, rəngi dəyişilməlidir.

Bu gün rəngin dəyişdirilməsinə başlanılacaq, əvvəlki bürünc rəngə qaytarılacaq. Uzağı sabah axşama iş yekunlaşacaq”, - deyə Ş.Quliyev bildirib.

Şamil Quliyev Tofiq Bəhramovun nəvəsi Tofiqin babasının doğum ili ilə bağlı səhvə yol verilməsi ilə bağlı primetime.az saytına verdiyi açıqlamaya da münasibət bildirib:

"Bəhramovun doğum ilində səhv barədə mənə 10 gün əvvəl məlumat verildi. Gördüm ki, doğrudan da səhvən 1926-cı il yazılıb. Artıq biz bu səhvi aradan qaldırmışıq, lövhəni dəyişmişik. İndi onun anadan olduğu il kimi 1925-ci il göstərilib”.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA