kanal14.az
kanal14.az

"Kömək etmək istəyirsən, bacarmırsan..."

12-01-2021, 15:15 37 dəfə baxılıb


"Pandemiya demək olar ki, hər nəsildən, hər ailədən kimisə alib apardı. Kömək etmək istəyirsən, bacarmırsan, bu hiss insanı daha da üzür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist, aktyor Elnur Kərimov deyib.

Aktyor həmkarlarının itkisindən sarsıldığını bildirib:

"2020-ci ildə mədəniyyət və incəsənət sahəsində ustad sənətkarları itirdik. Haqq dünyasına qovusdular. Çox üzülürəm. Çalısdığım teatrda yenidən iş bərpa olunandan sonra, ora qayıdanda neçə böyük sənətkarı görməyəcəyimi düşünəndə çox pis oluram. Allah bütün sənətkarlara rəhmət eləsin.

Vətəni qorumaq ucun könüllü və ya hərbi xidmətdə olan bacı və qardaslarimin səhid xəbəri məni cox uzdu. Bir sözlə, 2020-ci ildə sürətlə həyatını itirən sənətkar və şəhid xəbəri almaq hamımızı sarsıtdı.
2021-ci il bir o qədər də yaxsı baslamasa da umid edirəm ki, bizi daha şəhid və ölüm xəbərləri ilə sarsıtmaz. Çünki, bu xəbərləri esidəcək və dözümlü ola biləcək ürək qalmayib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA