Gündəm / Cəmiyyət / Sosial

Xankəndi aeroportu işə düşür: “Azərbaycanın icazəsi ilə…”

Xankəndi aeroportu işə düşür:







Ermənistan KİV Xocalı aeroportunun dekabrın 25-də açılacağı barədə məlumat yayıb. Bildirilir ki, texniki baxımdan açılışa tam hazır olan hava limanından sülhməramlıların maddi-texniki təminatını ödəmək üçün istifadə olunacaq.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, mülki aviasiya haqqında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına, Çikaqo və Varşava konvensiyalarına əsasən, aviasiyanın istifadəsi üçün nəzərdə tutulmuş aeroportlar hansı ölkənin ərazisindədirsə, həmin ölkənin milli aviasiya qurumunun icazəsi ilə istifadə oluna bilər:

"Buraya həmin hava limanından, eyni zamanda həmin aeroporta uçuşlar da daxildir. Noyabr ayında AZAL Azərbaycanın 6 hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınması haqqında məlumat yaymışdı. AZAL Xankəndində yerləşən hava limanının da ICAO-nun yenilənmiş reyestrinə salınmasına nail olduğunu açıqlamışdı. Bununla da İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanları Azərbaycana məxsusdur.
İndiyə qədər çox çalışsalar da Xankəndindəki qondarma rejimi heç kim tanımayıb. Artıq bu məsələ aktuallığın itirib. Ona görə də adıçəkilən beynəlxalq təşkilat təkcə Azərbaycanla işləyəcək”.