kanal14.az
kanal14.az

190 manat bu tarixdən veriləcək – RƏSMİ AÇIQLAMA

190 manat bu tarixdən veriləcək – RƏSMİ AÇIQLAMA
24-12-2020, 21:38 72 dəfə baxılıb

190 manat bu tarixdən veriləcək – RƏSMİ AÇIQLAMA







Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcəklər.

190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır.Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxlanılıb

Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, artıq işlərə başlanılıb, hazırda qeydiyyatdan keçən şəxslərin yoxlanılması aparılır:

"Yoxlamalar sona çatdıqdan sonra siyahı tam tərtib olunacaq. Daha sonra siyahı banklara göndəriləcək ki, vətəndaşların kart hesablarına həmin vəsaitlər yüklənsin. Bu prosesin ən qısa zamanda yekunlaşdırılması planlaşdırılır”.

Qeyd edək ki, nazirlik rəsmisi bundan əvvəlki açıqlamasında 190 manatların verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra 2-3 gün müddətində yoxlamaların aparılacağını bildirmişdi. Daha sonra isə siyahıların banklara göndəriləcəyini qeyd etmişdi. Bu məntiqlə prosesin dekabrın 27-28-də yekunlaşacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA