Gündəm / Cəmiyyət / Sosial

Bakıda uşaqların öldürülməsinə cəhd: YENİ TƏFƏRRÜATLAR

Bakıda uşaqların öldürülməsinə cəhd: YENİ TƏFƏRRÜATLAR







Bakının Yasamal rayonunda dekabrın 20-də gecə saatlarında anaları tərəfindən uşaqların həyatına qəsd edilməsinə cəhd ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Cinayət Xarici Dairəvi Yolda 22 nömrəli evdə baş verib. 1991-ci il təvəllüdlü Nigar Cəfərova dördüncü mərtəbənin pəncərəsindən əvvəl oğulları 2017-ci il təvəllüdlü Hüseyni və 2018-ci il təvəllüdlü Oktayı, sonra isə intihara cəhd edərək özünü atıb.

Nəticədə qadın Respublika Klinik Xəstəxanasına, övladları isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Uşaqların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir, ancaq ananın özü bir neçə sınıqla xilas olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,120.2.9 (açıq-aşkar köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaq zamanı N.Cəfərovanın üç övladı olduğu müəyyən edilib. Böyük oğlunun beş yaşı var və anası onu da pəncərədən atmaq istəyib, amma o anasının əlindən çıxıb qaça bilib.

Uşaq kömək üçün atasının yanına qaçıb. Kişi eyvana çatanda artıq gec idi, arvadı və kiçik oğulları yerdə olublar.

Qohumlarının sözlərinə görə, qadının bu davranışına psixi pozğunluqlar səbəb olub. Son vaxtlar o qəribə davranırdı, öz-özünə danışırdı.aktualxeber.az

Faktla bağlı istintaq davam edir.