Gündəm / Cəmiyyət / Sosial

Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?

Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?







Azərbaycanda istənilən məmurun, nazirin sahibkarlıq, biznes, kommersiya fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.
Amma heç kimə sirr deyil ki, bu gün məmurların çoxu müxtəlif adlar altında biznes, kommersiya fəaliyyəti ilə məşğuldur.
Cənab Prezident onun etimadını doğrultmayan vəzifəli şəxsləri səlahiyyətindən azad edir və yeni gənclərə üstünlük verir ki, problemlər aradan qalxsın.
Yəni məmur-nazir öz işi ilə, biznesmen öz işi ilə məşğul olsun. Bundan sadə nə ola bilər ki ?
Biznes səni bu qədər cəlb edirsə, buyur istefa ver və get biznesmen ol.
Bizim məmurlar isə bir əldə iki qarpız, daha dəqiq desək, bir əlində DÖVLƏT MƏMURU və digər əlində BİZNESİ tutmaq istəyir.
Ən biabırçısı odur ki, bəzi məmurlarımız falabaxma KANTORU, CADU MMC yaradır, hətta gənc xanımları (işə) düzəltmə bürosu yaradırlar.
Bax, diqqətlə fikir verin bütün elanlarda yazılır: bizə gənc xanımlar lazımdır.
Ay adam, sənə peşəkar qadın aşbaz lazımdırsa, neylirsən 18 yaşlı qızı ?
Yaxud sənə peşəkar köməkçi qadın lazımdırsa, 18 yaşlı qızın hansı iş təcrübəsi sənə kömək edə bilər ?
Bu siyahını lap yüksək dövlət qurumlarına qədər uzatmaq olar. Amma ehtiyac yoxdur.
İndi keçək konkret mətləbə.
Ramin Quluzadə Allah qoymasa Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Naziri təyin olunanda hamı düşünürdü ki, inşallah qurumda islahatlar olar, savadlı, peşəkar insanlara yol açılar. Amma…
Nazirlikdəki saçyoldudan, arvadbazarından xəbərlər yayıldı cəmiyyətə.
İndi heçbir şərh-filan vermədən son vaxtlar cənab nazir Ramin Quluzadənin nazirliyə işə qəbul etdiyi siyahıya diqqətlə baxın:
1. Əsədova LaləNazim qızı –İdman Akademiyasının məzunu
2. Həmidova Günay Möhübbət qızı
3. Səmədova Vüsalə Arif qızı, operator
4. Rəşidova Gülnarə - operator
5. Quliyeva Lalə - operator
6. Bəhmənova Püsüdə - operator
7. Zaurbəyova Bahar
8. Abidi İlahə
9. Əsədova Nigar
10. Əsgərova Elmira
11. Məmmədova Rəvanə
12. Qaraçənli Sevil
Sevil Qaraçənlidən başqa heç birinin rabitə, nəqliyyat təhsili yoxdur.
Təsəvvür edirsiniz son vaxtlar neçə nəfər ixtisaslı mütəxəssis, 10-15 il stajı olanlar nazirlikdə müxtəlif adlar altında işdən azad edilib.
Və quruma heç bir aidiyyəti olmayanlar, tibb texnikumunu bitirənlər işə götürülüb.
Məlumdur ki, Nazirliyin tərkibindəki BRTİB hazırda Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. BTRİB ASC-yə çevriləndən sonra 18 şöbə yaranıb və heç bir şöbənin rəhbəri öz sahəsini bilmir.
Cənab nazir Ramin Quluzadədən soruşan lazımdır ki, 515-60-00 nömrəli telefon nömrələrini 300 manata satırsan. Bunun 30 manatı dövlət rüsumudur, bəs 270 manat kimin cibinə gedir ?
ADP sədri Sərdar Cəlaloğlunun isə nazirlikdə "xalis erməninin” şöbə müdiri olması barədə dediklər əsl sensasiyadır.
Araşdırmamız davam edir.''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)