Gündəm / Cəmiyyət / Sosial

Bayram Səfərovun vaxtı çatdı: - Yola salınır

Bayram Səfərovun vaxtı çatdı: - Yola salınır









Azərbaycanın qədim Şuşa şəhərinin işğalçılardan azad olunmasından xeyli zaman keçməsinə baxmayaraq, adıçəkilən rayonun Bakıda oturan rəhbəri Bayram Səfərov hələ də oraya gedə bilməyib.

Kanal14.az "Yeni Sabah” -a istinadən xəbər verir ki, mediaya açıqlamasında icra başçısı bunu Şuşa ərazilərinin minalanması ilə əlaqələndirib. Ölkənin ayrı-ayrı dövlət strukturlarının rəhbərləri , jurnalistlər belə Şuşaya gedib.

Ona görə də Bayram Səfərovun bu açıqlaması qeyri-səmimi təəsürrat yaradıb.

Gununsesi.info-nun araşdırması zamanı isə daha ilginc səbəb üzə çıxıb. Məlum olub ki, Bayram Səfərova Şuşaya getmək qadağan edilib. Məlumatda eyni qadağanın Şuşanı Milli Məclisdə təmsil edən deputat Tural Gəncəliyevə də şamil edildiyi bildirilir. Yaxın günlərdə Bayram Səfərovun Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacağı da deyilir.