Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Foto

Ölümlə nəticələnən hadisə-FOTO

Ölümlə nəticələnən hadisə-FOTO

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 







Bu gün saat 12:30 radələrində Bakının Qaradağ rayon ərazisində Bakı Xarici Dairəvi Magistral Yolunun hərəkət hissəsində,Sədərək Ticarət Mərkəzi ilə üzbəüz hadisə baş vermişdir. "DogruXeber.az” xəbər verir ki,hadisə zamanı ilkin olaraq,kimliyi məlum olmayan ,təxminən 50-60 yaş arası olan ,ağır çəkili,boyu 167 sm,saçı şabalıdı,dişi protez və üzərində göy kurtka, qara şalvarı olan xanım dünyasını dəyişmişdir. Hadisə zamanı dünyasını dəyişmiş xanımın cəsədi Qaradağ Rayon Morqundadır. Hazırda hadisə ilə bağlı Baş Dövlət Yol Polisi,Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq Şöbəsində araşdırma aparılır.Fotoşəkildə görünən xanımı tanıyanlardan xahiş olunur ki,mərhumun yaxınlarına hadisə ilə bağlı məlumat versinlər.