Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto

Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto







Dağlıq Qarabağ və ətraf rayonlarımızın erməni qəsbkarları tərəfindən işğal olunmasından 28 il ötür. Azərbaycan tarixinə vurulan bu ağır yara sanki sağalmaz bir yara olmuşdur. Azərbaycanın yaxın keçmişinə nəzər salsaq görərik ki,zaman-zaman bu və ya digər formada torpaqlarımızın müəyyən hissələri  əlimizdən alıb qonşu dövlətlərin himayəsinə veriblər. Məlumdur ki,bu cür halların yaranması və onların təmin edilməsi,birmənalı olaraq Rusiya və bir sıra nəhəng dövlətlər tərəfindən həyata keçirilmişdir. Bu isə ,Azərbaycan xalqının qəlbinə vurulan unudulmaz bir yaradır. Bəli,artıq zaman o zaman deyil. Bu gün tam məsuliyyətlə deyə bilərik ki,Azərbaycan dövləti beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilib. Təbii ki,əldə olunan bütün bu nəaliyyətlər ölkənin Ali Baş Komandanı,müdrik siyasətçi,yenilməz sərkərdəsi olan cənab İlham Əliyevin bu neçə ildə apardığı uğurlu siyasətinin nəticəsidir.

Bütün qeyd olunanların əyani sübutu budur ki,ölkə prezidentinin göstərişinə əsasən müzəffər ordumuz qəsbkar erməni silahlı qüvvələrinə qarşı başlatdığı əks hücumu nəticəsində xalqın 28 illik torpaq həsrəti nəhayət ki,sona yetirildi. Şanlı ordumuzun cəmi 44 gün ərzində əldə etdiyi uğurlu qələbə onu deməyə əsas verir ki,Azərbaycan dövləti qüdrətli bir dövlətdir. Təbii ki,bu qələbəni daha öncə də əldə etmək olardı. Amma dövlətimiz hər zaman qan tökülmədən və məsələnin sülh yolu ilə həll olunmasının tərəfində olmuşdur. Bu isə düşmənə verilən ən əlverişli fürsət idi ki, ondan da doğru-düzgün yararlana bilmədilər. Yəqin ki,2016-cı ilin Aprel ayında başladılan döyüşlər,hər kəsin yaxşı xatirindədir. Həmin vaxt başladılan döyüşlər qısa müddətli olsa da müzəffər ordumuz böyük nəaliyyətlər əldə etmişdir. 

Təbii ki,hər bir döyüşün sevindirici tərəfi,onun əldə etdiyi ərazi və döyüş qənimətləri ilə müəyyən edilir. Amma digər üzücü məqamı isə aparılan mübarizə zamanı verilən şəhid və yaralıların acı xəbəri olur. Bu məqamda şair gözəl vəsf edib: "torpaq uğrunda ölən varsa,Vətəndir." Bəli, bu Vətən elə oğullar yetişdirib ki,onun yolunda min dəfə ölüb-dirilsələr yenə də bu şərəfli yoldan bir an usanmazlar. Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri, bu gün sizlərlə Aprel döyüşlərinin əfsanəsi Asif Novruz oğlu Rəsulovun döyüş hekayələrindən qısa bəhs edəcəyik.

2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə silahlı qüvvələrimizlə erməni hərbi qüvvələri arasında baş vermiş dörd günlük döyüşdə hərbçilərimiz böyük qəhrəmanlığa imza atdılar. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər. Asif Rəsulov da həmin döyüşlərdə bütün gücüylə əlindən gələni əsirgəmədi. 

Talış yüksəkliyi uğrunda gedən qızğın savaşda 7 erməni əsgərini və düşmənin 2 tankını məhv edən döyüşçümüz 7 snayper gülləsi almış və arxasına düşən mərminin təsirindən kürəyindən ciddi xəsarətlər almışdır. Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilən Asif Rəsulovun bədənində çoxlu sayda qəlpələr tapılmışdır. Hətta həkimlər qəlpələrdən birini çıxarmamağı qərara alıblar. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həkimlərin səyi nəticəsində qəhrəmanımızın həyatı təhlükədən sovuşdu. 

Təbii ki, ölkə başçısı cənab İlham Əliyev igidlərimizin bu şücaətini özünəməxsus şəkildə qiymətləndirdi. Asif Rəsulov Prezident tərəfindən xidmətdə fərqləndiyinə görə medalla təltif edildi. Bu döyüşlərdə adını tariximizin şanlı səhifələrinə yazdıran bu cür qəhrəmanlar gələcək nəsillərə böyük örnək olmaqla yanaşı, həm də fəxrlə nümunə göstərəcəyimiz insanlardır. Əlbəttə ki,yuxarda qeyd etdiyimiz kimi cəsur qazimiz Asif Rəsulovun döyüş zamanı kürəyinə girən qəlpənin çıxarılması həyatı təhlükəsi olduğu üçün,hər il mütəmadi olaraq müalicə və müainə olunmalıdır. Bunun üçün də hər il aldığı müalicə və müainə üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. 

Danılmazdır ki,ölkəmizdə mövqe-məqamından aslı olmayaraq siravi insandan tutmuş ziyalısına qədər hər biri,müharibə iştirakçılarına,qazilərə və şəhid ailələrinə yüksək diqqət və qayğı göstərirlər. Bu gün etibarlı mənbədən aldığımız məlumata görə, qazimiz A.Rəsulovun bütün müalicə və müainə xərclərini "Veysəloğlu" şirkəti öz üzərinə götürərək lazımı xərcləri təmin etmişdir. Mənbənin bildirdiyinə görə ,şirkət bu yardımı qazimiz üçün,böyük sevgi və zövqlə icra etmişdir. Doğrusunu desək, "Veysəloğlu" şirkətinin gördüyü bu cür xeyriyyə işi həqiqətən də təqdirə layiq biri əməldir.Hesab edirik ki, "Veysəloğlu" şirkətinin Qarabağ qazisinə göstərdiyi diqqət və qayğı həm dövlətə həm də ki,xalqa verilən yüksək dəyərdir.
"DogruXeber.az”
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto
Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto