kanal14.az
kanal14.az

Qələbə paradında bunları izləyəcəyik

Qələbə paradında bunları izləyəcəyik
2-12-2020, 17:58 81 dəfə baxılıb

Qələbə paradında bunları izləyəcəyik
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Bu, tariximizdə böyük hadisədir. Azərbaycan var olduqca, həmin hərbi parad yaddaşlardan silinməyəcək. Xalqımız öz ordusu ilə daim fəxr edəcək".

Kanal14.az xəbər verir ki, bu sözləri açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, qalib ordunun əsgəri olaraq bundan sonra xidmətə gedəcək əsgərlər böyük şərəf hissi keçirəcək:

 

"Bu paradda iştirak edən şəxslərin xələfləri də onlarla fəxr edəcək. Qələbə paradında Azərbaycan Ordusunun qənimət kimi əldə etdiyi hərbi avadanlıqlar nümayiş etdiriləcək. Bununla yanaşı, ordunun öz hərbi qüdrətini göstərmək üçün bu imkandan bir daha istifadə ediləcək.

Azərbaycan Ordusunun silah texnika parkında mövcud olan bütün avadanlıqlar da bu paradda olacaq. Bura zirehli texnikalar, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, raket sistemləri, reaktiv yaylım atəş sistemləri daxildir. Ən əsası da hərbi əməliyyatlarda fərqlənən hərbi qulluqçularımız, qalib Azərbaycan əsgərləri, düşmənin müdafiə xəttini yaran hərbçilərimiz şərəflə, qürurla bu meydandan keçəcəklər. Azərbaycan xalqının, ürəyi Azərbaycanla döyünən hər bir kəsin fəxarətlə izləyəcəyi bir hərbi parad olacaq".
(redaktor.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA