Gündəm

“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO

“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dövlət qurumlarına verilən səlahiyyətlərdən hansı məqsədlər üçün istifadə edirlər?

Kanal14.az DogruXeber.az-a istinadən xəbər verir ki,sosial mediada tez-tez gündəmə gələn mövzulardan biri də Sokar əməkdaşlarının qanuna zidd hərəkətləridir. Belə ki,gündəmdə böyük diqqət çəkən mövzulardan biri də budur ki, şirkət əməkdaşları vətəndaşların əmlaklarına ciddi ziyan vurması ilə bağlıdır. Qeyd etmək istərdik ki,redaksiyamıza bu cür problemlərlə bağlı bir neçə müraciət daxil olmuşdur. Həmin müraciətlərdən birini siz oxucuların diqqətinə çatdırmağı,informasiya agentliyi olaraq özümüzə borc bilib sizlərə təqdim edirik. Danılmaz faktdır ki,ölkə Prezidentinin tapşırığına əsasən bir çox sahələrdə yenidən qurma işləri və böyük lahiyyələrin həyata keçirilməsinin şahidi oluruq. Belə olduğu təqdirdə ölkədə iqtisadi durumun stabil davam etməsi ölkə vətəndaşların həyat fəaliyyətinin inkişafına bir növ təkamül verir. Bəs onda gəlin görək Sokar şirkətinin əhaliyə hansı xeyri və yaxud ziyanı dəyir. 

Ötən gün DogruXeber.az-n redaksiyasına gələn şəhid qardaşı,Ağstafa rayon Eynallı kənd sakini hazırda isə Binəqədi rayon Biləcəri qəsəbəsi yeni yaşayış massifində yaşayan Qəribov Elsevər Ağamir oğlu olmuşdur. O, müsahibə verdiyi zaman Sokar şirkətinin neft kəmərlər idarəsinin 35-ci komandasının əməkdaşları tərəfindən maddi ziyana məruz qaldığını qeyd etmişdir. Şəhid qardaşı E.Qəribov müsahibə zamanı ona qarşı olunan bir çox haqsızlıqdan bəhs etmişdir. Belə ki,vətəndaş E.Qəribov bildirir ki,”mən 2010-cu ildən Binəqədi rayon Biləcəri qəsəbəsinin bələdiyyəsindən 225.0 kv,metr fərdi yaşayış üçün torpaq sahəsi almışam. Həmin torpaq sahəsini aldığım vaxt altı min beş yüz (6500) manat pul vermişəm. Torpağı aldığım vaxtdan bu günə qədər maddi imkanım olmadığından həmin ərazidə tikinti işləri həyata keçirə bilmirdim. Amma keçə ilin sonları bu ilin isə əvvəllərindən kiçik bir tikinti işləri aparmaq istəsəm də Sokar əməkdaşlarının təzyiqləri ucbatından heç bir iş görə bilmirəm”.

Şəhid qardaşı əlavə olaraq qeyd edir ki,Sokar şirkətinin neft kəmərlər idarəsinin 35-ci komanda əməkdaşları qanunsuz olaraq istənilən tikintiləri dağıdır və heç bir imtiyazlı vətəndaşlara məhəl qoymur. Çarəsiz durumda qalan şəhid qardaşı E.Qəribov qeyd edir ki,ölkə rəhbərinin göstərişlərinə məhəl qoymayan neft şirkətinin əməkdaşları vətəndaşlara amansızlıq nümaiş etdirməkdən həzz alır. Heç nədən çəkinməyən neft kəmərlər idarəsinin 35-ci komandasının əməkdaşları açıq-aşkar qeyd edirlər ki, hər hansı tikiniti işləri aparmaq istəyirsinizsə şirkət rəhbərini gördükdən və hesabını verdikdən sonra işlərinizi görə bilərsiniz deyə E.Qəribov bildirir. P.S. Vətəndaş E.Qəribova sual verdikdə ki, sokar əməkdaşları nəyə görə sizə icazə vermir ki, tikinti işlərinizi görəsiniz. 

Vətəndaş E.Qəribov cavab olaraq qeyd etdi ki,Sokar əməkdaşları bildirirlər ki,ərazi bizimdir. P.S. maraqlısı burdadır ki,iki dövlət qurumunun arasında yaranan ziddiyət vətəndaşın əziyyətə düşməsi ilə nəticələnir. Görəsən hansı səbəblərdir ki,bu cür halların yaranmasına gətirib çıxardır ? Necə olur ki,bələdiyyənin verdiyi sənədlərə Sokar şirkəti tərəfindən qadağalar qoyulur ? Doğrudan da bu cur analoji halların baş verməsindən əziyyət çəkən vətəndaşların dözülməz həddə olduğu göz qabağındadır.
Kanal14.az
“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO
“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO
“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO
“Sokar” şirkət əməkdaşlarının şəhid qardaşına qarşı etdiyi… /FOTO.VİDEO