Gündəm / Cəmiyyət

Koronavirusa görə bu müəssisələr yenidən qapadıla bilər - AÇIQLAMA

Koronavirusa görə bu müəssisələr yenidən qapadıla bilər - AÇIQLAMA
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Son iki ayda dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, Azərbaycanda koroavirusa yoluxanların sayı 2000-ni keçib. Ölənlərin sayı isə günbəgün artmaqdadır. Yoluxmaların sayını azaltmaq üçün yenidən ictimai iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyət qoyula bilərmi?

Kanal14.az məlumat verir ki,bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, apreldəki sərt karantin rejiminə yenidən qayıdılsa yoluxmaların sayı azalar:

"İnsanlarmız karantin qaydalarına əməl edib, qapalı məkanlarda maska taxıb, sosial məsafəni qorusalar və əlləri tez-tez dezinfeksiya edərlərsə koronavirus bəlasından qurtulmaq olar. Kollektiv immunitetə doğru gedilir. Artıq 100 minə yaxın insan bu virusa yoluxub. Söhbət test götürülənlərdən gedir. Analiz verməyənlər arasında da yoluxanlar və sağalanlar var. Sağalanların yenidən bu virusa yoluxma ehtimal azdır. Amma sağalan insanlar virus gəzdirirlər və başqalarını yoluxdururlar. Əgər biz yoluxanların azalmasını istəyiriksək apreldəki karatin rejiminə qayıtmalıyıq. Ən önəmlisi isə insanların bir-biri ilə təması minumuma endirməliyik. Yoluxma mənbələri olan müəssisələrin fəaliyyəti yenidən məhdudlaşdırılmalıdır. Bilirsiniz ki, gözəlik salonları, bərbərxanalar, kafe, restoranalar və geyim mağazalarıda insanlar bir-biri ilı sıx münasibətdə olur. Bu da kütləvi yoluxmaya səbəb olur. Ona görə də bu müəssisələrin fəaliyyətinə yenidən məhdudiyyət qoyula bilər".