Gündəm / Cəmiyyət

Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - FOTO

Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri - FOTO


 
 




"France presse” agentliyi Dağlıq Qarabağ barədə reportaj hazırlayıb. Məqalədə diqqət çəkən məqam isə dəbilqələrlə bağlı görüntüdür.
Kadrda bir kənara yığılmış erməni hərbçilərinə məxsus yüzlərlə dəbilqə əks olunub. Bu, düşmən tərəfin nə qədər itki verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsi zamanı 2400 erməni hərbçisinin ordumuz tərəfindən məhv edildiyini etiraf edib. 
Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan isə bu rəqəmin ən azı iki dəfə çox olduğunu - Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin hökumət başçısına 4750 əsgər itkisi barədə məruzə etdiyini deyib.