kanal14.az
kanal14.az

Rusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlib

Rusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlib
14-11-2020, 14:34 64 dəfə baxılıb

Rusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlib
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 

Dağlıq Qarabağdakı təmas xətti və "Laçın dəhlizi" boyu Rusiya sülhməramlılarının yerləşdirilməsi davam edir.

Kanal14.az xəbər verir ki, qonşu ölkənin 15-ci əlahiddə sülhməramlı briqadasının daha bir karvanı Ermənistanın Gorus şəhərindən Xankəndinə 100 kilometrədək məsafəni qət edib.

 

Rusiya sülhməramlı karvanlarındakı zirehli daşıyıçılar, avtomobillər, maddi texniki təchizat vasitələri Rusiyadan Yerevan yaxınlığındakı Erebuni hava limanına "İl-76" tipli hərbi nəqliyyat təyyarələrilə daşınır. Qarabağda qurulan postlarda münaqişə bölgəsində atəşkəs rejiminə əməl olunması, tranzit nəqliyyatın təhlükəsiz hərəkət etməsi, dinc əhaliyə qarşı qanunsuz əməllərin olub-olmaması müşahidə edilir.

Rusiya sülhməramlı birləşmələri sülhməramlı vəzifəsinə dair xüsusi hazırlıq keçmiş və müqavilə bağlamış hərbi qulluqçulardan ibarətdir. Sülhməramlılar "BTR-82A", "Tiger" və "Typhoon" zirehli maşınlar da daxil olmaqla müasir silah və texnika ilə təchiz olunub.

Report







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA