Gündəm / Cəmiyyət

Erməni hərbçilərinin meyitləri TƏHVİL VERİLDİ - RƏSMİ

Erməni hərbçilərinin meyitləri TƏHVİL VERİLDİ - RƏSMİ
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə Kanal14.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

 

Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 8-ci bəndinə uyğun olaraq həyata keçirilib.

Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən Müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk.