Gündəm / Cəmiyyət

Bütün pensiyalar köçürüldü

Bütün pensiyalar köçürüldü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Modern.az-a bildirib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də noyabr ayının pensiyaları ödənilib.

 

Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları bu ayın 6-da ödənilib.