Gündəm

Azərbaycanlı yazıçının döydüyü xanımı - "İçir, qusur və deyir ki, təmizlə"

Azərbaycanlı yazıçının döydüyü xanımı - "İçir, qusur və deyir ki, təmizlə"
 
 
 
 
 
 
 
 
 Qalmaqallı fikirləri və yazıları ilə gündəmə gələn yazıçı Kəramət Böyükçöl ikinci dəfə ailə həyatı qurduğu xanımı Çinarə Böyükçöldən boşanaraq onu ölümlə hədələyib.

Yazıçının həyat yoldaşı onun hər gün spirtli içki qəbul etməsi və fiziki zorakılıq tətbiq etdiyini, uşağı əlindən alacağı və ölümlə təhdid etdiyini iddia edib.

"Dəhşətdir, dəli kimidir. İçir, qusur və deyir ki, təmizlə” – deyə, yazıçının xanımı Çinarə əlavə edib.

Qeyd edək ki, yazıçı ötən gün həyat yoldaşından boşanması ilə bağlı sosial şəbəkədə status yazıb. O, daha sonra yazdığı həmin statusu silib. Yazıçının birinci həyat yoldaşından bir qızı, ikinci həyat yoldaşından isə bir oğlu var.Open.az