Gündəm

Deputatlar bu gün müzakirələrə toplaşır

Deputatlar bu gün müzakirələrə toplaşır
 
 
 
 
 
 
 
 
 
 
 Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Kanal14.az Trend-ə istinadən xəbər verir ki, ötən iclasda gündəliyə daxil olan məsələlərin ardı müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, oktyabrın 30-da keçirilən iclasda Mülki Prosessual Məcəlləyə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Tütün və tütün məmulatı haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 57 məsələ daxil idi.